“Everton”da ayrılıq gözlənilir

"Everton”un sağ cinah vingeri İliman Endiyaye yanvar ayında komandasını dəyişə bilər.

Sportline.az “Foot Mercato”ya istinadən xəbər verir ki, “Liverpul”, “Mançester Siti” və “Tottenhem” 25 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.

Endiyaye bu mövsüm meydana çıxdığı 15 matçda 4 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Seneqal millisinin üzvünün Mersisayd təmsilçisi ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.