“Everton”da ayrılıq yaşana bilər
“Everton”un futbolçusu Ceyms Qarner yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Nyukasl Yunayted” 24 yaşlı yarımmüdafiəçini transfer etməkdə israrlıdır.
Sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 13 oyunda 1 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, C.Qarner “Mançester Yunayted”in yetirməsidir.