"Everton"da ayrılıq yaşana bilər
"Everton"un yarımmüdafiəçisi Kiran Diyusbir-Holl karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Pep Qvardiola ingiltərəli oyunçunun transferini rəhbərliktən tələb edib.
Mersisayd klubu 27 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, K.Diyusbir-Holl cari mövsüm meydana çıxdığı 21 matçda 5 qol, 3 asistlə yadda qalıb.