"Everton"da ayrılıq yaşana bilər

"Everton"un forvardı İliman Ndiyaye klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

"Mançester Yunayted" 25 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, İ.Ndiyaye cari mövsüm meydana çıxdığı 21 matçda 4 qol, 2 asistlə yadda qalıb.