“Everton”dan Rişarlison həmləsi

"Everton" sabiq forvardı Rişarlisonu yenidən heyətə cəlb etmək istəyir.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Rişarlisonun transfer qiyməti 30 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçu 2018-2022-ci illər ərzində "Everton"da çıxış edib.