“Everton”un hücumçusu klubdan ayrıla bilər
"Everton"un hücumçusu İliman Endiaye yanvar ayında komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Tottenhem", "Nyukasl Yunayted", "Yuventus", "Milan" və "Atletiko Madrid" 25 yaşlı sağ cinah vingerini transfer etmək istəyən klubların siyahısında yer alır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, Endiaye cari mövsüm çıxış etdiyi 13 matçda 4 qol, 1 asistlə yadda qalıb.