EYOF: Komandamız 1/4 finalda

Azərbaycan cüdo üzrə seçmə komandası Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) 1/4 finala yüksəlib.

Sportline.az xəbər verir ki, millimiz qarışıq komanda yarışının 1/8 finalında Macarıstan kollektivi ilə qarşılaşıb.

Rəqibinə 4:3 hesabı ilə qalib gələn seçməmiz növbəti mərhələyə yüksəlib.

Cüdoçularımız yarımfinala vəsiqə uğrunda Rumıniya - Yunanıstan görüşünün qalibi ilə üz-üzə gələcək.