"Qarabağ" qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında 3-cü turun daha bir oyunu keçiriləcək. SportLine.az xəbər verir ki, əzəzli rəqiblər - "Qarabağ" və "Neftçi" "Əlincə Arena"da münasibətləri aydınlaşdıracaqlar.

İki turdan sonra aktivində 3 xalı olan rəqiblər turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq üçün qələbə qazanmağa çalışacaqlar. 

Saat 20:00-da start götürəcək matçda əsas söz sahibi Əliyar Ağayev olacaq.


21 avqust 2016
TPL, 3-cü tur


“Qarabağ” – “Neftçi” - 3:0
QOLLAR:
Jayro, 24/a.q. (1:0); Mahir Mədətov, 47 (2:0); Əl Jadeyui, 80 (3:0)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mehman Mahmudov 
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
“Əlincə Arena”

“Qarabağ”: 13. İbrahim Şehiç (k), 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 71. Vüqar Nadirov, 77. Cavid Tağıyev 
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 1.Krşevan Santini, 3.Jairo Rodriges, 6.Vançe Şıkov, 9.Katalin Tira, 11.Ruslan Qurbanov, 17.Rəhman Hacıyev (k), 19.Fəhmin Muradbəyli, 27.Məqsəd İsayev, 30.Dario Melnyak, 80.Edson Kastilyo, 95.Elvin Bədəlov.

Ehtiyat oyunçular: 53.Maksim Vaylo, 4.Rahil Məmmədov, 7.Araz Abdullayev, 10.Cavid İmamverdiyev, 20.Eltun Yaqublu, 26.Kamal Qurbanov, 99.Denilson Pereyra

Baş məşqçi: Vəli Qasımov

Banner