“Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib
Azərbaycan Velosiped Federasiyasında (AVF) iyunda təşkil olunacaq “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə iclası keçirilib.
AVF-dən Sportline.az saytına verilən məlumata görə, toplantıya qurumun birinci vitse-prezidenti Sahib Ələkbərov başçılıq edib.
Tədbirdə, həmçinin, federasiyanın vitse-prezidenti Fuad Hacıyev və Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.
Toplantı zamanı “Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə olunub. S. Ələkbərov komitə üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli velotur iyunun 7-dən 11-dək davam edəcək.