"Əziz Şuşa" beynəlxalq veloturunun direktoru: "Bu, böyük məsuliyyətdir"
"Tour d`Azerbaidjan" tarixində yeni dövr başlayır. Bu yarışı sonuncu dəfə 5 il öncə keçirmişdik. Bizim üçün böyük məsuliyyətdir. Yarışa qoşulmaq üçün çox həyəcanlıyam".
Sportline.az xəbər verir ki, bunu "Əziz Şuşa" beynəlxalq veloyürüşünün direktoru Martin Bruin yarışa həsr olunmuş mətbuat konfransında deyib.
O, Bakıda çox olduğunu, Azərbaycanı, insanları, burada yarış keçirməyi çox sevdiyini bildirib: "Çətin mübarizə olacaq. Əlimizdən gələni edəcəyik ki, azərbaycanlı hakimlərlə birlikdə bu mötəbər yarışı böyük uğura çevirək. İkinci gündə üzü yuxarı çox çətin yarış gözlənilir. Amma hər şey əla olacaq. Çünki böyük hazırlıqlar görülüb".
Qeyd edək ki, beynəlxalq velotur 9-10 iyulda təşkil olunacaq.