Fafael Fiziyev revanş istəyir
UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyev ağır zədədn sonra ilk döyüşünü polşalı Mateuş Hamrota qarşı keçirmək istəyir.
Sportline.az xəbər verir ki, məşhur idmançı bu istəyini "YouTube"dakı "Submission Radio" kanalına açıqlayıb.
"Hamrota məğlubiyyətdən sonra, əməliyyatdan sonra, menecerimlə danışarkən, Hamrotla revanş döyüşünə çıxmaq istəyimi bildirmişəm. İndi də onunla üz-üzə gəlmək niyyətindəyəm. Revanş istəyirəm", - deyə Fiziyev niyyətini bildirib.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında keçirilən döyüşün ikinci raundunda dizinin xaçvari bağları qırılan Rafael Fiziyev texniki məğlubiyyətlə barışmışdı.
2019-cu ildən UFC-də yarışan 31 yaşlı idmançı, 9 döyüşdən 6-da qələbə çalıb, 3-də uduzub.