Fati İstanbul nəhənginə transfer ola bilər
"Barselona"nın ispaniyalı futbolçusu Ansu Fati klubdan ayrılmağa hazırlaşır.
Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Fənərbağça" Fatini heyətinə qatmağı planlaşdırır.
Joze Mourinyo 22 yaşlı futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Ansu Fatinin "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm 8 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.
Fatinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 10 milyon avro olaraq qiymətləndirilir.