Fatih "Denizlispor"u çalışdıracaq

"Bursaspor"un sabiq çalışdırıcısı Fatih Təkkə yeni klubla anlaşıb.

Sportline.az xəbər verir ki, mövsümün əvvəlində Namik Ələskərovlu "Bursaspor"u 4 oyuna çıxaran və cəmi 4 xal toplayan, nəticədə istefaya göndərilən 44 yaşlı mütəxəssis yenidən TFF I Liqada çalışacaq.

O, "Dənizlispor"la 1+1 illik müqavilə imzalayıb. Bu barədə "Dənizspor" klubu rəsmi internet saytı vasitəsilə açıqlama yayıb.