Fatih Tekke “Trabzonspor”da qalacaq

"Trabzonspor" baş məşqçi Fatih Tekke ilə əməkdaşlığı davam etdirəcək.

Sportline.az xəbər verir ki, Super Liqa klubu türkiyəli mütəxəssisin müqaviləsini uzadıb. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.

48 yaşlı baş məşqçi ilə 2029-cu ilin 30 iyununa qədər yeni sözləşmə imzalanıb.