Fatih Terim geri qayıdır

Fatih Terim bir müddət istirahətdən sonra yenidən futbola qayıda bilər.

Sportline.az xəbər verir ki, Fatih Terim Səudiyyə Ərəbistanında işləyə bilər. Bildirilir ki, təcrübəli məşqçi yenidən keçmiş komandası “Əl-Şabab”ı çalışdıra bilər.

Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

“Əl-Şabab” təcrübəli məşqçini kluba gətirmək üçün hərəkətə keçib. Komandanın oyunundan narazı qalan “Əl-Şabab” rəhbərliyinin Fatih Terimlə danışıqlara başladığı bildirilir.