Fatih Terim koronavirusu üstələdi

Koronavirusa yoluxan “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim sağalıb.

Sportline.az xəbər verir ki, İstanbul klubunun İdarə Heyətinin üzvü Tunc Üner sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

O, Terim və Albayrakın son koronavirus testinin neqativ çıxdığını və tezliklə xəstəxanadan evə buraxılacaqlarını bildirib.