Fatih Terim sabiq komandasına qayıda bilər
Səudiyyə Ərəbistanı klubu "Əl-Şabab" 7 ay sonra yenidən Fatih Terimin qapısını döyüblər.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssislə bağlı sürpriz iddia gündəmə gəlib.
Bildirilir ki, daha əvvəl də Fatih Terimlə təmasda olan "Əl-Şabab" rəhbərliyi yenidən danışıqlara başlayıb və mümkün müqavilə üçün ilkin görüşlər keçirilib.
Məlumatda qeyd olunur ki, tərəflər arasında aparılan təmaslar hələlik rəsmi mərhələyə keçməsə də, yaxın günlərdə prosesin sürətlənə biləcəyi istisna edilmir.
Klubun, yeni mövsüm planlaması çərçivəsində Fatih Terimi əsas namizədlərdən biri kimi dəyərləndirdiyi vurğulanır.