Fatih Terimdən Aktürkoğlu açıqlaması

“Qalatasaray”ın əfsanəsi Fatih Terim keçmiş futbolçusu Kərəm Aktürkoğlu barədə fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, Terim “The Game”ə müsahibəsində Kərəm haqqında bu fikirləri qeyd edib: “Kərəmin “Benfika”ya transfer olması sürpriz deyil. Çünki, o, Avropanın ən yaxşı cinah hücumçularından biridir. Bunu yaxın zamanda hamı görəcək.

Qeyd edək ki, Kərəm Aktürkoğlu bu yay “Qalatasaray”dan, “Benfika”ya 12 milyon avroya transfer olunub.