Fatih Terimə şad xəbər

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin cəzası azaldılıb.

Sportline.az "Hürriyət"ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssisin 5 oyunluq cəzası 4-ə, 55 500 TL məbləğində cəriməsi isə 42 500  TL-yə endirilib. Terimin vəkili Rezan Epözdemir cəzanın 1 oyun azaldılmasının onları qane etmədiyini bildiri. O, cəzanın daha çox azaldılmasını gözlədiklərini deyib. 

Xatırladaq ki, "Karagümrük"lə matçda baş hakimə yersiz ifadələr işlədən Fatih Terim 70-ci dəqiqədə texniki zonadan qovulmuşdu.