Federasiyada iclas keçirildi: Komanda üzvləri kollektivdən kənarlaşdırıldı
Azərbaycan Həndbol Federasiyasında (AHF) vitse-prezident Orxan Abbasovun rəhbərliyi ilə iclas keçirilib.
Sportline.az xəbər verir ki, iclasda AHF şura üzvləri, komandaların baş məşqçiləri və Gənclər və İdman Nazirliyinin nümayəndəsi iştirak edib.
İclasın əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və qazilərə şəfa arzu edilib.
İclası giriş sözü ilə açan Orxan Abbasov iclasın gündəliyində olan məsələləri elan edib.
Daha sonra şura üzvlərinin fikirləri və təklifləri dinlənilib.
Bir qrup həndbolçunun mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayması, məşqçi heyətini təhqir etməsi, məşq prosesində iştirak etməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılaraq səsverməyə qoyulub. Yekunda kişilərdən ibarət həndbol komandalarının bir neçə üzvünün kənarlaşdırılması ilə bağlı yekdil qərar qəbul olunub.