Federer: "Karyeramda sonuncu yarış ola bilər"

İsveçrəli tennisçi Rocer Federer “Rolan Qarros” turnirində iştirak etməyə tam hazır olduğunu söyləyib.

Sportline.az xəbər verir ki, bununla belə “Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibi karyerasını hər an bitirə biləcəyini də istisna etməyib: “Özümü “Rolan Qarros”a tam hazır hesab edirəm. Yenidən Parisə qayıtdığıma görə sevinirəm. Axı son 3 ildə burda çıxış etməmişəm. Bura sonuncu dəfə səfər etdiyimi də deyə bilmərəm. Amma indiki məqamda hər bir turnir karyeramda sonuncu yarış ola bilər”. Sitatın sonu!