"Fənərbağça" 18 milyon avroya satdığı futbolçunu geri qaytarır

Karyerasını "Malyorka"da davam etdirən Kosovalı hücumçu Vedat Muriqi yayda yenidən "Fənərbağça"ya qayıda bilər.

Sportline.az "A Spor"a istinadla  xəbər verir ki, Türkiyə klubu yayda 30 yaşlı futbolçu üçün "Malyorka"ya təklif göndərəcək.

Mənbənin xəbərinə görə, Muriqinin özü də Türkiyəyə qayıtmağa müsbət yanaşır.

Kosovalı hücumçu daha əvvəl "Latsio", "Fənərbağça" və "Rizespor" kimi klubların formasını geyinib.

Qeyd edək ki, Muriqinin hazırki transfer dəyəri 15 milyon avrodur.