"Fənərbağça" 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir
"Fənərbağça" "Ştutqart"ın konqolu futbolçusu Silas üçün rəsmi təklif göndərib.
Sportline.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu bu keçid üçün qarşı tərəfə 7 milyon avro təklif edib.
Lakin Almaniya klubunun rəhbərliyi bu təklifi rədd edib. "Ştutqart" ən azı 10 milyon avro tələb edir.