"Fənərbağça" 30 milyon avroluq transferə hazırlaşır

"Fənərbağça" gələn mövsüm üçün daha iddialı heyət qurmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi bu məqsədlə hərəkətə keçib.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, "sarı-lacivərtlilər" "Yuventus"un futbolçuları Kostiç və Vlahoviç üçün 30 milyon avrodan keçməyə hazırdırlar.

İcarə əsasında "Fənər"in formasını geyinən Kostiçlə razılıq əldə olunduğu bildirilir.

Vlahoviçin də Türkiyədən gələn təklifə müsbət yanaşdığı və növbəti mövsümdə Super Liqada oynamağa razı olduğu haqda xəbərlər yayılmaqdadır.