“Fənərbağça” “Aston Villa”ya qarşı
UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turuna start verilir.
Sportline.az xəbər verir ki, “Fənərbağça” öz meydanında “Aston Villa” ilə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda İstanbul klubunda Con Duran, Arçi Braun və Levent Mercan meydana çıxa bilməyəcək.
Birmingem təmsilçisində isə Ceydon Sanço, Amadu Onana, Boubakar Kamara və Rozz Barkli zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək görüşü portuqaliyalı hakim Luiz Qodinyo idarə edəcək.