"Fənərbağça" "Atletik Bilbao"nun qarşısına itkilərlə çıxacaq

UEFA Avropa Liqasının Liqa mərhələsində VI tura bu gün 1 oyunla start veriləcək.

Sportline.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu evdə “Atletik”lə (İspaniya) üz-üzə gələcək.

“Fənərbağça”da əsas itki Fred, Mert Hakan Yandaş və Ceyden Ostervoldenin adı ilə bağlıdır.

“Atletik”də isə Ander Herreyra zədə səbəbindən matçı buraxmalı olacaq.

Görüşün ədalət təmsilçisi bosniyalı hakim İrfan Pelito olacaq.

Qeyd edək ki, “Fənərbağça” – “Atletik Bilbao” matçı bu gün saat 19:30-da başlanacaq.