"Fənərbağça" - "Beşiktaş": Heyətlərdəki son durum
Türkiyə Kubokunda 1-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Fənərbağça" öz meydanında "Beşiktaş"la münasibətləri aydınlaşdıracaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində itkilərin sayı kifayət qədərdir. Arçi Braun, Cenk Tosun, Ederson, Edson Alvarez, Con Duran, Nelson Semedo, Anderson Taliska zədəli, Mert Hakan Yandaş isə cəza səbəbindən oyunu buraxmalı olacaq.
Sergen Yalçının komandasında isə Cengiz Ünder, Jota Silva, Mustafa Hekimoğlu və Temmi Abraham zədədən əziyyət çəkir.
Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.