"Fənərbağça" braziliyalı futbolçusu ilə yollarını ayırıb
"Fənərbağça" 2 il əvvəl transfer etdiyi Luan Pereslə yollarını ayırıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçinin müqaviləsinə xitam verilib.
Oyunçunun ölkəsinin "Vasko da Qama" klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, Luan Peres 2 illik Türkiyə karyerasında 23 oyuna çıxıb.