"Fənərbağça" brazilyalı futbolçuya qovuşur

"Əl-Nəsr"in brazilyalı futbolçusu Anderson Talişka karyerasını "Fənərbağça"da davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İstanbul nəhəngi Talişka ilə 1.5 illik müqavilə imzalayacaq.

Transferin bu həftə rəsmləşəcəyi gözlənilir.

Qeyd edək ki, Talişka bu mövsüm çıxış etdiyi 19 matçda 8 qolla yadda qalıb.