"Fənərbağça" brazilyalı ulduz futbolçunu transfer etmək istəyir
"Fənərbağça" klubu yanvar ayında heyətinə ulduz futbolçu transfer edəcəklərini açıqlayıb.
Sportline.az "Sba Sports"a istinadən xəbər verir ki, "Fənərbağça"nın rəhbərliyi "Əl-Əhli"nin brazilyalı ulduz futbolçusu Roberto Firmino üçün yanvar ayında rəsmi təklif göndərəcək.
Firminonun hazır dəyəri "Transfermarkt" portalına görə 6 milyon avrodur.
Qeyd edək ki, təcrübəli forvardın "Əl-Əhli" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Firmino bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 6 qol və 3 asistlə yadda qalıb.