"Fənərbağça" bu gün "Benfika" ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının pley-off mərhləsində mübarizə davam edir.
Sportline.az xəbər verir ki, "Fənərbağça" İstanbulda "Şükrü Saracoğlu" stadionunda "Benfika" ilə üz-üzə gələcək.
Türkiyə klubu 3-cü təsnifat mərhələsində "Feyenoord"u mübarizədən kənarlaşdırmışdısa, "Benfika"da "Nitsa"dan güclü olmuşdu.
Heyətlərə nəzər saldıqda "Fənərbağça" yeganə itki brazilyalı müdafiəçi Rodriqo Bekaonun adı ilə bağlıdır.
Benfikada isə itkilərin sayı daha çoxdur. Aleksander Bah, Bruma, Tomas Arauxo və Manu Silva baş məşqçi Bruno Lacın sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu almaniyalı Daniel Zibert idarə edəcək.