"Fənərbağça" Çexiyaya itkilərlə yollanıb
UEFA Avropa Liqasında Liqa mərhələsində bu gün V turun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, “Fənərbağça” səfərdə “Slaviya Praqa” ilə qarşılaşacaq. İstanbul nəhəngində itkilərin sayı kifayət qədərdir. Çağlar Söyüncü, Ceydon Ostervolde, Mert Hakan Yandaş, Sofyan Amrabat zədə, Rodriqo Bekao isə cəza səbəbindən matçı buraxmalı olacaq. "Slaviya"da isə əsas itki Tomas Vilçek və Lukas Vorliskinin adı ilə bağlıdır.
Görüşü almaniyalı hakim Saşa Stegman idarə edəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.