“Fənərbağça” “Ferentsvaroş”a qarşı

UEFA Avropa Liqasının Liqa mərhələsində 5-ci tura start verilir.

Sportline.az xəbər verir ki, “Fənərbağça” doğma meydanda “Ferenstvaroş”la qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda İstanbul klubunda itkilərin sayı kifayət qədərdir. Fred, Ceyden Ostervolde, İsmail Yüksek cəza, Çağlar Söyüncü, Cenk Tosun və Sebastiyan Şimanski isə zədə səbəbindən iştirak edə bilməyəcək.

Macarıstan təmsilçisi isə görüşə optimal heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, start fiti 21:45-də səslənəcək oyunu ispaniyalı hakim Rikardo De Burqos Benqueççeya idarə edəcək.