"Fənərbağça" fransalı futbolçu transfer edir
"Fənərbağça" heyəti daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, istanbullular "Əl-Əhli"nin fransalı yarımmüdafiəçisi Allan Sent - Maksimenin transferinə hazırlaşırlar.
Bu haqda jurnalist Yağız Sabunçuoğlu X sosial şəbəksində məlumat paylaşıb.
Onun sözlərinə görə tərəflər artıq razılığa gəliblər.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2023-cü ildən "Əl-Əhli"nin formasını geyinir.
O, meydana çıxdığı 31 oyunda 4 qol və 10 asistlə yadda qalıb.
Transfermarkt portalında onun dəyəri 18 milyon avrodur.