"Fənərbağça" fransalı oyunçunun transferini bitirib

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Fənərbağça" heyətini daha bir oyunçu ilə gücləndirib.

Sportline.az Trtspor.net-ə istinadla xəbər verir ki, "Sarı-lacivərtlilər"in Əl-Əhli klubundan icarə əsasında heyətinə qatdığı Alan-Sen Maksimin bu gün İstanbula gələcək.

27 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra Türkiyə klubu ilə 1 illik müqavilə imzalayacaq.

Fransalı vinqer ötən mövsüm Səudiyyə Pro Liqasında 31 oyuna çıxıb və aktivinə 4 qol, 9 asist yazdırıb.

Ötən mövsümün əvvəlində "Nyukasl Yunayted"dən "Əl-Əhli"yə 30 milyon avro qarşılığında transfer olunan Sen-Maksiminin klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.

Qeyd edək ki, futbolçu daha əvvəl "Sent-Etyen", "Monako", "Hannover" və "Nitsa" kimi klubların formasını geyinib.