“Fənərbağça” hücumçusu ilə vidalaşır
"Əl-İttihad” Türkiyənin “Fənərbağça” klubunun mərakeşli hücumçusu Yusif ən-Nesyrinin xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, futbol ulduzu Kərim Benzama ilə yollarını ayırmağa hazırlaşan “Əl-İttihad” heyətini mərakeşli qolçu ilə gücləndirmək istəyir.
İstanbul təmsilçisi Yusif ən-Nesyri üçün 35 milyon avro transfer haqqı tələb edir.
Səudiyyə Ərəbistanı klubu bu məbləği ödəməyə həvəsli olduğu üçün keçidin tezliklə baş tutacağı gözlənilir.