“Fənərbağça” İsmayıl Yüksəkin qiymətini açıqladı
“Fənərbağça”nın 26 yaşlı yarımmüdafiəçisi İsmail Yüksək üçün avropa klublarının marağının artdığı bildirilir.
Sportline.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, İstanbul nəhəngi artıq futbolçunun transfer dəyərini müəyyənləşdirib.
“Fənərbağça” rəhbərliyi İsmayıl Yüksəkin qiymətini 20 milyon avro təyin edib.
Qeyd edək ki, Yüksək “Fənərbağça” ilə meydana çıxdığı 86 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.