"Fənərbağça" lider oldu
Türkiyə Superliqasında 11-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, daha 3 görüş oynanılıb.
“Ümraniyespor” “Fatih Karagümrük”ə uduzub. “Trabzonspor” “Sivasspor”u, “Fənərbaxça” isə “Başakşehir”i məğlub yola salıb.
Qeyd edək ki, 23 xalla (10 oyun) "Fənərbaxça"nın liderlik etdiyi turnir cədvəlində "Trabzonspor" 21 xalla 3-cü, "Başakşehir" 20 xalla (10 oyun) 4-cü, "Fatih Karagümrük" 12 xalla (10 oyun) 11-ci, "Sivasspor" 10 xalla 13-cü, "Ümraniyespor" isə 3 xalla (10 oyun) 19-cudur.
Türkiyə Super Liqası, 11-ci tur
22 oktyabr
"Ümraniyespor" – "Fatih Karagümrük" - 1:3
Qollar: U.Nayir, 3 – Biraski, 8. Diaqne, 55. Borini, 90+1.
"Trabzonspor" – "Sivasspor" - 1:0
Qol: Hamşik, 9.
"Fənərbaxça" – "Başakşehir" - 1:0
Qol: D.Rossi, 84.