“Fənərbağça” Liqa mərhələsində sonuncu oyununa çıxacaq
UEFA Avropa Liqasının Liqa mərhələsinin sonuncu – 8-ci turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Fənərbağça” səfərdə EFKA ESPE ilə qarşılaşacaq.
Meydan sahiblərində Daniel Birliqe cəza, İonut Kersel və Mihai Popesku zədə səbəbində iştirak edə bilməyəcək.
İstanbul klubunda isə Milan Şıkırinyar, Arçi Braun, İsmail Yüksek və Levent Mercan baş məşqi Domeniko Tedeskonun sərəncamında olmayacaq.
Qeyd edək ki, EFKA ESPE – “Fənərbağça” görüşü bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq. Oyunda söz sahibi serbiyalı hakim Nenad Minakoviç olacaq.