"Fənərbağça" Medinanın transferinə çalışır
Bu mövsüm çempionluğu hədəfləyən "Fənərbağça" heyəti gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, "sarı-lacivərtlər"in transfer siyahısında yer alan futbolçulardan biri də Kristian Medinadır.
Argentinalı yarımmüdafiəçinin keçidinə çalışan istanbullular problemlə üzləşiblər.
"Akşam" qəzetində yayılan məlumata görə, tərəflər məbləğ məsələsində razılaşa bilmirlər.
"Fənərbağça" 22 yaşlı futbolçu üçün 15 milyon dollar təklif etsə də, "Boka Xuniors" qarşı tərəfdən 20 milyon dollar tələb edir.
Danışıqların bazar gününədək başa çatacağı bildirilir.