"Fənərbağça" mərakeşli futbolçuya görə 40 milyon avro tələb edir
"Fənərbağça" mərakeşli futbolçusu Yussef En-Nesrini satmaq qərarına gəlib.
Sportline.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi Y.En-Nesri üçün 40 milyon avro tələb edir.
27 yaşlı futbolçu yay transfer pəncərəsi dövründə "Sevilya"dan "Fənərbağça"ya 19.5 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Yussuf En-Nesri bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 9 qol və 3 asistlə yadda qalıb.