“Fənərbağça” “Midtyullan”a qarşı

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, “Fənərbağça” son turda “Mityulan”ın qonağı olacaq.

“Fənərbağça”da itkilərin sayı kifayət qədərdir. Qapıçı Dominik Livakoviç, Ceydon Ostervolde, Mert Müldür, Rodriqo Bekao zədə, Sofyan Amrabat isə cəza səbəbindən matçı buraxmalı olacaq.

“Midtyulan"da isə Olsson və Olafson iştirak ərzəsində yer almayıb.

Fənərbağça 9 xalla 23-cü, Mityuland 10 xalla 19-cudur.

Görüşü portuqaliyalı hakim Luiş Qodinyo idarə edəcək.

Qeyd edək ki, "Midtyulan" - "Fənərbağça" oyunu bu gün Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.