"Fənərbağça" misirli futbolçu ilə yollarını ayırıb
"Fənərbağça"nın misirli futbolçusu Omar Fayedin yeni klubu bəlli olub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, gənc futbolçu icarə əsasında Belçikanın "Birşot" klubuna transfer olunub.
21 yaşlı oyunçu cümə günü yeni komandası ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Fənərbağça" ilə 2027-ci ilə qədər müqaviləsi olan Fayed ötən mövsümü icarə əsasında Serbiyanın "Novi Pazar" klubunda keçirib.