"Fənərbağça" Mourinyo barədə qərarını verdi
"Fənərbağça"nın prezidenti Ali Koç idarə heyəti ilə iclas keçirib.
Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, idarə heyətinin iclasından sonra Ali Koç Joze Mourinyo ilə təkbətək görüşüb. Bu görüşdə Ali Koçun portuqaliyalı çalışdırıcıdan komandanın vəziyyəti və problemləri ilə bağlı məlumat aldığı bildirilib.
İddia edilir ki, “Fənərbağça”nın uğursuz oyununa baxmayaraq, klub ona etimad göstərir. İddia edilir ki, lider “Qalatasaray”dan 6 xal geri qalan “Fənərbaöça” rəhbərliyi komandanın oyunundan razı deyil.
“Beşiktaş” məğlubiyyətindən sonra "Fənərbağça”da Mourinyonun istefaya göndərilməsinin nəzərdən keçirildiyi irəli sürülmüşdü. "Atletik Bilbao"ya məğlubiyyətdən sonra Joze Mourinyo qovula biləcəyi barədə iddialar dərc edilmişdi.