“Fənərbağça” - “Nitsa”: Heyətlərdəki son durum

UEFA Avropa Liqasının liqa mərhələsində 2-ci tura start verilir.

Sportline.az xəbər verir ki, "Fənərbağça" "Çobani" stadionunda "Nitsa" ilə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində yeganə itki Con Duranın adı ilə bağlıdır. 

"Nitsa"da Tanqay Endombele, Mohamed Abdelmonem və Yusuf Endayeşime zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu serbiyalı hakim Srdan Jovanoviç idarə edəcək.