"Fənərbağça" "Nottingem"ə qarşı
UEFA Avropa Liqasının pley-off mərhələsinə start verilir.
Sportline.az xəbər verir ki, "Fənərbağça" Kadıköydə "Nottingem Forest"lə üz-üzə gələcək.
Domeniko Tedeskonun gəlişi yüksəlişə keçən İstanbul klubu bu görüşə favorit qismində çıxacaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Arçi Braun və Edson Alvarezin adı ilə bağlıdır.
İngiltərə təmsilçisində isə itkilərin sayı kifayət qədərdir. Murilyo, Villi Boli, Con Viktor, Matz Selz, Nikolo Savona və Kris Vud zədəlidir.
Qeyd edək ki, "Fənərbağça" - "Nottingem Forest" oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. Qarşılaşmada söz sahibi isveçrəli Sandro Şerer olacaq.