“Fənərbağça” “Nottingem”ə uduzdu
Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Sportline.az xəbər verir ki, İngiltərənin "Nottinqem Forest" kollektivi ilə qarşılaşan Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv 0:3 hesabı ilə uduzub.
İstanbulda baş tutan matçda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Qibbs-Uayt (50) vurublar.
Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.