"Fənərbağça" - "Nottingem Forest": Təxmini start heyətlər
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri İstanbulda gözlənilir.
Türkiyənin yarışdakı təmsilçisi "Fənərbağça" doğma arenada "Nottingem Forest"i qəbul edəcək.
Türkiyə mətbuatı komandaların təxmini start heyətləri ilə bağlı xəbərlər paylaşıb.
"Aspor"un ehtimalına görə, "Fənərbağça" bugünkü oyuna Ederson, Semedo, Şrinyar, Jayden, Mert, Guendouzi, Kante, İsmail, Asensio, Kerem, Talisca "11-liyi" ilə çıxacaq.
"Nottingem Forest"in təxmini start heyəti isə belədir: Orteqa, Aina, Murillo (Morato), Milenkovic, Villiams, Sanqare, Domingez, Ndoye, Vayt, Odoi, Lukka.
Qeyd edək ki, "Fənərbağça" - "Notingem Forest" görüşü Bakı vaxtı ilə 21:45-də başlanacaq.