"Fənərbağça"-"Qalatasaray": Heyətlərdəki son durum
Türkiyə Super Liqasının 6-cı turunun mərkəzi oyununda "Fənərbağça" İstanbul derbisində "Qalatasaray"la üz üzə gələcək.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, oyun qabağı hər 2 komandanın heyətində itkilər var.
Ev sahibi "Fənərbağça"da zədəli Osayi-Samuel və heyətə daxil edilməyən Rayn Kent bu görüşdə iştirak edə bilməyəcək.
Qonaq komanda "Qalatasaray"da isə Hakim Ziyeş oyunun iştirak ərizəsinə daxil edilməyib. Mauro İkardinin oynayıb-oynamayacağı sual altındadır.
Qeyd edək ki, Şükrü Saracoğlu stadionunda keçiriləcək Qitələrarası derbi görüşü bu gün saat 21:00-da başlayacaq.