“Fənərbağça” “Qalatasaray”ı məğlub edərək Superkubokun sahibi oldu

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" qarşılaşıb.

"Fənərbağça" Halil Umut Melerin idarə etdiyi derbidən 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları Matteo Genduzi (28-ci dəqiqə) və Ceyden Ostervolde (48-ci dəqiqə) vurub.

Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırmışdı.